BOE Technology, kvant nöqtəli texnologiyaya əsaslanan ilk xüsusi ekranını təqdim etdi. 55 düymlük yenilik yüksək səviyyəli görüntü kontrastı ilə diqqət çəkir və AMQLED seqmentində markanın ilk qərarı oldu.
İstehsalçı NTSC rəng gamusunun 119%-ni və 1.000.000: 1 kontrast səviyyəsini əhatə etdiyini iddia edir. AMQLED ekranlarının özəlliyi ondadır ki, hər bir diod müxtəlif gərginliklərdə müstəqil işləyərək işıq yayma qabiliyyətinə malikdir.
İstehsalçı yeni məhsulların qiymətini və təqdimat tarixini daha sonra elan edəcək.