spot_img
22 ноября, 2024
ДомойТелекомСобытия“Mediada kibertəhlükəsizlik” mövzusunda təlim keçirilib

“Mediada kibertəhlükəsizlik” mövzusunda təlim keçirilib

“Eurodesign” şirkəti və Azərbaycan Respublikası Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinə Dövlət Dəstəyi Fondunun (KİVDF) təşəbbüsü ilə kütləvi informasiya vasitələri üçün təlim təşkil olunub.

Ermənistanın Azərbaycana təcavüzü, torpaqlarımız uğrunda gedən gərgin mübarizə düşmənin şirkət və media resurslara kiberhücumu riskini artırır. “Eurodesign” və KİVDF-nin dəstəyi ilə keçirilən onlayn təlimdə media nümayəndələri kibertəhlükədən hansı yollarla qoruna biləcəkləri barədə ətraflı məlumat əldə ediblər. Təlimdə, həmçinin mobil cihaz idarəetmə,“hacking” üsulları, risk və kibertəhlükələrdən mühafizə, sosial media təhlükəsizliyi kimi bir çox mövzular barədə danışılıb.

Görüşdə təlimçi qismində “Eurodesign” şirkətinin şəbəkə və təhlükəsizlik mühəndisi, kibertəhlükəsizlik üzrə beynəlxalq sertifikatlı mütəxəssis Ramil Baxşıyev iştirak edib.

“Eurodesign” 20 ildən artıqdır ki,  İT xidmətlərin göstərilməsi, sistem inteqrasiyası, İT konsaltinq və layihələrin idarə edilməsi sahəsində ixtisaslaşıb. Proqram təminatı, autsorsinq və konsaltinq xidmətləri bazarında çoxillik təcrübəyə malik olan şirkət biznesi idarəetmə sisteminin inteqrasiyası, mobil və ya web tətbiqlərin yaradılması, şəbəkəqurma, təhlükəsizlik sistemləri kimi xidmətləri də təklif edir. “Eurodesign” Cisco, Microsoft, Oracle, IBM, Siemens AG, HPE, Huawei, AVAYA və bunun kimi proqram və aparat təminatı istehsal edən dünyanın bir çox aparıcı şirkəti ilə əməkdaşlıq edir.

НОВОСТИ ПО ТЕМЕ

СОЦИАЛЬНЫЕ СЕТИ

11,990ФанатыМне нравится
1,015ЧитателиЧитать
3,086ЧитателиЧитать
714ПодписчикиПодписаться
- Реклама -