Apple sentyabr ayında Apple Watch Series 6-nın təqdimatında, onlar üçün yeni kəmər seçimlərini də təqdim etdi. Ancaq qırmızı kəmərlərin təqdimatı oktyabr ayına qədər təxirə salındı.
Bu gün (PRODUCT) Red adlı bir aksessuar Apple-ın rəsmi saytında iki diametrdə — 40mm və 44mm-də 99 dollara satılır. Saytda bu kəmərlərin satışından əldə olunan gəlirin bir hissəsinin Covid-19 ilə mübarizə fonduna yönəldiləcəyi də bildirilir.