The Future of Gaming-nin təqdimatı əvvəlcə 4 iyun tarixinə təyin edilmişdi, lakin daha sonra iyunun 11-nə təxirə salındı.
Təqdimatda PlayStation 5 üçün bir çox oyun nümayiş etdirilmişdi. Hər halda, ən maraqlısı sonda oldu.
Təqdimatın əsas məqamı PlayStation 5 konsolunun dizaynı idi. Ancaq ən gözlənilməz hal o oldu ki, Sony nəinki PS5, həm də əvvəllər şayiələrə rast gəlməyən PS5 Digital Edition-ı təqdim etdi.
Adi PlayStation 5-in yeni Xbox modeli ilə eyni olacağını güman etsək, onda PS5 Digital Edition 50-100 dollara qədər ucuz ola bilər.
Aşağıda təqdimatda göstərilən bəzi oyunlara baxa bilərsiniz.