spot_img
25 апреля, 2024
ДомойТехнологииПланшетыHonor V6 planşetinin qiyməti açıqlandı

Honor V6 planşetinin qiyməti açıqlandı

Ötən ay Honor markası Çində yüksək keyfiyyətli Honor V6 planşetini təqdim etdi. O zaman şirkət cihazın qiymətini  təsdiqləmədi.

Bu gün Çin istehsalçısı Honor V6-nın iyunun 18-dən başlayaraq 310 dollardan satışa çıxarılacağını təsdiqlədi.

Honor V6 planşeti Wi-Fi və 5G versiyalarında mövcuddur. Wİ-Fİ versiyasının qiyməti 310 və 353 dollar olacaq. Satışların başlaması iyunun 18-nə planlaşdırılıb. Planşetin üç rəngi var — gümüş, yaşıl və qara.

Planşetin 5G versiyasına gəlincə, gələn ay satışa çıxarılacaq. 6/128 GB yaddaşa sahib olan modelin qiyməti 451 dollar, 8/256 GB — 564 dollardır. Eyni üç rəng seçimində olacaq.

Xatırladaq ki, Honor V6 planşetində 1200×2000 piksel və nazik çərçivəli 10.4 düymlük IPS LCD displey, 13 meqapiksellik arxa kamera, 22.5 vatt 7250 mAh batareya var.

 

 

НОВОСТИ ПО ТЕМЕ

СОЦИАЛЬНЫЕ СЕТИ

12,049ФанатыМне нравится
1,019ЧитателиЧитать
3,086ЧитателиЧитать
711ПодписчикиПодписаться
- Реклама -
- Реклама -
- Реклама -