spot_img
19 апреля, 2024
ДомойТелекомСобытияKompüter və informasiya təhlükəsizliyi sahəsində azərbaycanlı mütəxəssislər üçün CTF2019 müsabiqəsi başladı

Kompüter və informasiya təhlükəsizliyi sahəsində azərbaycanlı mütəxəssislər üçün CTF2019 müsabiqəsi başladı

Azərbaycanda informasiya təhlükəsizliyi sahəsində mütəxəssislər arasında bənzərsiz bir yarış olan CTF2019 başladı. Komandalar və fərdi iştirakçılar üçün müsabiqəyə qeydiyyat www.ctf.az saytında açıqdır. Artıq üçüncü ildir ki, təşkil olunan yarışma çərçivəsində ölkənin hər yerindən olan kibertəhlükəsizlik üzrə mütəxəssislər bir araya gələrək güclərini sınayacaqlar. CTF formatı, kompüter sistemlərinə hücum və müdafiə sahəsində mütəxəssislərin bacarıqlarını qiymətləndirməyə imkan verir.

İştirakçılara veb və binar tətbiqetmələrdə zəifliklərin istismarı, kriptoqrafiya, tərs mühəndislik və s. mövzularda tapşırıqların həllini onlayn rejimdə tapmaq təklif ediləcəkdir. Bu il yarışma əlavə müsabiqə tapşırıqlar hesabına genişlənəcəkdir.

İnformasiya təhlükəsizliyi sahəsində hazırlıq dərəcəsindən asılı olmayaraq, maraqlanan bütün mütəxəssislər iştiraka dəvət edilir.

Müsabiqənin yekun nəticəsi qaliblərinin mükafatlandırılması günündə yəni dekabrın 14-də master-klass və seminar proqramı olacadır. Müstəqil ekspertlər, həmçinin informasiya təhlükəsizliyi sahəsində ən iri şirkətlərinin aparıcı əməkdaşları iştirakçılar və qonaqların qarşısında çıxış edəcəklər. Tədbir nəinki ölkədə olan ən perspektivli informasiya təhlükəsizliyi mütəxəssislərinin müəyyən edilməsi və qeyd edilməsinə yardım edəcəkdir, həm də görüş və fikir mübadiləsi yeri, informasiyanın qorunması istiqamətində bazarın və texnologiyaların inkişafı haqqında daha səhih məlumatın alınma mənbəyi olacaqdır.

CTF2019

Yarışların təşkilatçıları şəbəkə perimetrinin, məlumatların və tətbiqetmələrin müdafiəsinə fokuslanmış, həmçinin kiber-insidentlərin qarşısının alınması üzrə həllər təqdim edən SmartIT (www.smartit.az) və tətbiqetmələrin təhlükəsizlik auditi, sızmaların testi və kod auditi üzrə ixtisaslaşan Solidlab (www.solidlab.ru) şirkətləridir.

Müsabiqənin gümüş tərəfdaşı BAKOTECH (https://bakotech.com) şirkətidir.

Müsabiqənin bürünc tərəfdaşı GULFSTREAM DISTRIBUTION (www.gulfstream.az) şirkətidir

Müsabiqəyə rəsmi dəstəyi Elektron Təhlükəsizlik Mərkəzi CERT (www.cert.az) göstərir.

CTF Azərbaycanın vacib tarixləri:

  • Müsabiqə iştirakçılarının qeydiyyatı noyabrın 26-dan start götürmüş və dekabrın 6-dək müsabiqənin saytında www.ctf.az davam edəcə
  • 27 noyabr və 2 dekabr tarixləri arası ilkin tapşırıqların yerləşdirilməsi
  • Müsabiqə günü, dekabrın 7 saat 11:00-dan 23:00-dək — onlayn-yarışların keçirilməsi və tapşırıqların əsas silsiləsi yerləşdirilir.
  • Dekabrın 14-də müsabiqə qaliblərinin mükafatlandırılması mərasimi keçiriləcə İlk üç yeri tutan qaliblər açıqalanacqdır. Mərasim çərçivəsində həmçinin informasiya təhlükəsizliyi sahəsində mütəxəssislərin üçün master-klass və seminar keçiriləcəkdir.

Müsabiqənin mükafat fondu 6000 AZN ekvivalentində müəyyən edilib. Yarışların nəticələrinə əsasən, ümumi hesabda ilk üç yeri tutan qaliblər mükafatlandırılacaqdır.

Bütün maraqlanan tərəfləri tədbiri dəstəkləməyə dəvət edirik. Əlaqə telefonu + 994 12 3103335.

НОВОСТИ ПО ТЕМЕ

СОЦИАЛЬНЫЕ СЕТИ

12,051ФанатыМне нравится
1,021ЧитателиЧитать
3,086ЧитателиЧитать
711ПодписчикиПодписаться
- Реклама -
- Реклама -
- Реклама -