spot_img
20 апреля, 2024
ДомойТелекомСобытияAdam Draper ilə virtual reallıqda “Silikon vadisində vençur kapitalı, təşəbbüskarlar və investorlar...

Adam Draper ilə virtual reallıqda “Silikon vadisində vençur kapitalı, təşəbbüskarlar və investorlar ilə necə işləməli” mövzusunda təlim təşkil ediləcək

Sentyabr ayının 13-ü, Bakı vaxtı ilə saat 20:00-da, SUP Akselerasiya Mərkəzinin məzunu Vriendly, öz virtual platformasında Adam Draper və təşəbbüskarların iştirakı ilə təlim sessiyasını hətyata keçirəcək. Qeyd etmək lazımdır ki, bu təşəbbüs dünyada akselerasiya mərkəzləri ilə startaplar arasında virtual reallıqda həyata keçirilən ilk tədbirdir. Tədbir üç hissədən ibarət olacaq:

  • Təlimin əsas hissəsi (40-45 dəqiqə)
  • Sual və cavab (təxminən 15 dəq)
  • Seçilmiş startaplar ilə üzbəüz sessiya (hər biri 5 dəq olmaqla)

Silikon Vadisi mühitinin dünyanın bütün ekosistemlərindən fərqli olduğu haqqında hər bir startap və investor xəbərdardır. Bunu nəzərə alaraq, təşkil olunan tədbirdə Silikon Vadisində investorlar ilə münasibətləri necə formalaşdırmaq, təşəbbüskarlarla necə işləmək və investisiyanı necə cəlb etmək məsələləri müzakirə olunacaq.

Sözü gedən təlimdə Adam Draper-dan əlavə, ölkənin startap ekosistemində aparıcı yer tutan qurumlardan — SUP Akselerasiya Mərkəzi, İnnoland Akselerasiya və İnkubasiya Mərkəzi, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi və xarici KİV nümayandələri də iştirak edəcəklər.

Qeyd etmək lazımdır ki, Adam Draper məhşur Silikon Vadisi vençur investorlarından olan milyarder Tim Draperin oğludur. O, həm də virtual reallıq sahəsində ixtisaslaşmış, bu sahə üzrə dünyanın ən güclü akselerasiya mərkəzi hesab edilən Boost VC-nin qurucusu və icraçı direktorudur.

Tədbirlə maraqlanan iştirakçılar sentyabr ayının 13-ü İnnoland Akselerasiya və İnkubasiya Mərkəzində tədbiri canlı izləyə bilərlər.

Tədbir haqqında ətraflı məlumat: https://vriendly.co/

НОВОСТИ ПО ТЕМЕ

СОЦИАЛЬНЫЕ СЕТИ

12,051ФанатыМне нравится
1,021ЧитателиЧитать
3,086ЧитателиЧитать
711ПодписчикиПодписаться
- Реклама -
- Реклама -
- Реклама -