İsveçli Felix Arvid Ulf Kjellberg, daha çox PewDieDie niki ilə tanınan blogger eyni adlı kanal ilə YouTube-da 100 milyon izləyici qazanan ilk istifadəçi oldu. PewDieDie kanalı 29 aprel 2010-cu ildə yaradılmışdı, 2012-ci ildə 1 milyon izləyici həddini keçə bilən Felix artıq sentyabr ayında 2 milyon izləyiciyə sahib idi. Kanalın yaranmasından 3 il sonra artıq 6 milyonluq bir auditoriya mövcud idi. Sürətlə inkişaf edən kanal hələ ötən il 65 milyon izləyəciyə sahib idi, indi isə bu rəqəm 100 milyonu keçdi.
Qeyd edək ki, YouTube-da ilk dəfə olaraq 100 milyonluq auditoriyanı Hindistandan olan səsyazma şirkəti T-Series qazanmışdı. Lakin, şəxsi kanallar nəzərə alınarsa, PewDieDie ilk belə kanal oldu. Daha sonrakı pillədə 5-Minute Crafts kanalı 60 milyonluq auditoriya ilə qərarlaşıb.