«Nar» 2019-cu ilin ilk 6 ayı ərzində əldə etdiyi nailiyyətlər barədə açıqlama edib.
Mobil operatorun təqdim etdiyi tariflər və qiymətlərin sərfəli olması, baza stansiyaları sayının sürətlə artımı, abunəçilərə göstərilən yüksək keyfiyyətli internet xidməti sayəsində «Nar»-ın abunəçi bazası çoxalıb. Hazırda mobil operatorun istifadəçilərinin sayı 2,3 milyona yaxınlaşıb.
Mobil operator 6 ay ərzində 490 yeni baza stansiyası quraşdırıb. Hazırda «Nar»-ın 4G baza stansiyalarının sayı 2140-ı, 3G baza stansiyalarının sayı isə 2700-ü ötüb. Paytaxla yanaşı regionlarda da «Nar» şəbəkəsi daha da gücləndirilib.
Hazırda 53 region 4G baza stansiyası ilə təmin edilib.
Ölkə ərazisində yeni baza stansiyalarının sürətlə quraşdırılması sayəsində 4G istifadəçilərin sayı 96% artıb. «Nar» abunəçiləri arasında smartfon istifadəçilərinin sayı isə 17% çoxalıb.
Ümumillikdə, mobil operatorun abunəçiləri sırasında smartfon istifadəçilərinin sayı ötən ilin müvafiq dövrü ilə müqayisədə regionlar üzrə 15%, Bakı üzrə isə 18% artıb.
Media nümayəndələrinin iştirakı ilə yarım ilin nəticələrinin açıqladığı mətbuat konfransında «Azərfon»un baş icraçı direktoru Qunnar Panke bildirib ki, «Nar» 6 ay ərzində nəzərəçarpacaq dərəcədə nəticələr əldə edib.
Günel Abdullayeva