Xiaomi saqqal üçün Mi Beard Trimmeri təqdim etdi və 17 dollara satışa çıxaracığını bildirdi. Hələlik Mi Trimmer yalnız Hindistan bazarı üçün əlçatan olacaq.
Mi Beard Trimmer on / off düyməsi və kiçik texniki təkər ilə təchiz edilib, hansı ki, kəsim uzunluğunu təyin etməyə imkan yaradacaq. Komplektə olan iki örtük vasitəsilə 40 fərqli kəsim uzunluğu istifadəçilərə əlçatan olacaq. Kospus üzərində batareya indikatoru mövcuddur. Trimmer həm batareya, həm də birbaşa enerji mənbəsinə qoşulma ilə çalışır. 5 dəqiqəlik enerji ilə 10 dəqiqə ərzində trimmerdən istifadə etmək mümkündür, 100% enerji ilə isə işləmə müddəti 90 dəqiqə təşkil edir. Korpus IPX7 tipli müdafiə texnologiyası ilə təmin edilib. Bu o deməkdir ki, trimmeri yumaq və müəyyən dərinliyə endirmək mümkündür.