Dell EMC rəsmi olaraq 2017-ci ildə 2 nəhəng şirkətin üstünlüklərini saxlamaqla sıfırdan bir şirkət yaratdı və inteqrasiya proqramını tərtib etdi. Yeni yaradılan tərəfdaşlıq proqramı tərəfdaşların bu gün və gələcək ehtiyaclarını nəzərə alır. “Qlobal olaraq biznes mühit dəyişir. Çünki, daha çox rəqəmsal çevrilməyə sərmayə qoyur”. Ultra Technologies və Dell EMC bu prosesdə müştərilərə kömək etmək üçün unikal bir fürsətə sahibdirlər.
Ultra Technologies şirkətinin marketinq komandasının rəhbəri Malik Rəşidov: “Dell EMC yenilikçi məhsullar, xidmətlər və həllər sektorunun qabaqcıl portfeli sayəsində geniş imkanlar təqdim edir və hazırda sahib olduğumuz Qızıl Tərəfdaşlıq statusu ilə müştərilərimizə mükəmməl təklif və xidmətlər təqdim etməyə hazırıq.”
Dell EMC Gold sertifikatlaşdırması — müştərilərə ən yaxşı həllər təqdim olunması və İKT layihələrin idarə edilə bilməsinin öhdəliyini göstərir.