Pokemonlardan Despacito-ya qədər. Reddit resursunun istifdəçiləri YouTube şəbəkəsində 13 il ərzində ən çox izlənən top-10 videoları təqdim ediblər. Ümumilikdə video 4 dəqiqə davam edir və 2006-2019 illəri əhatə edir. Dinamik qrafika ilə açıq aydın top-10 reytinqdə baş verən dəyişiklikləri görmək olar.
Ən əvvəldə, 2006-cı ildə ən çox izlənən video Myspace — THE MOVİE! videosu olmuşdur, hansı ki, 2 791 321 baxış sayı əldə etmişdi. Daha sonra liderin yerini pokemonlar haqqında video ələ keçirdi. Bundan başqa, videoda musiqili kliplərə rast gəlmək olar: Justin Bieber, PSY Gangnam Style və s. Hal-hazırda isə, 21 may 2019-cu il etibarı ilə Despacito klipi 6 milyarddan çox baxış əldə edərək YouTube tarixinin ən çox izlənilən videosu adını qazanıb.