spot_img
19 апреля, 2024
ДомойТехнологииСмартфоныXiaomi növbəti "gamer" smartfonunun anons tarixini elan edib

Xiaomi növbəti «gamer» smartfonunun anons tarixini elan edib

Xiaomi şirkəti özünün Weibo hesabında (Çin Twitter-i) Black Shark «gamer» smartfonunun yeni versiyasının anons tarixi haqqında məlumat verib. Belə ki, Xiaomi Black Shark 2 flaqmanı 23 oktyabr 2018-ci il tarixində təqdim ediləcək.

Yayılan məlumatlara əsasən, Xiaomi Black Shark 2 kənarlarda iki ədəd işıqlı xətt, eləcə də, işıqlanan arxa panel loqotipi ilə təchiz edilib. Cihaza 5.99 düymlük Full HD+ tipli displey (2160 x 1080) quraşdırılıb. Prosessor Qualcomm şirkətinin təqdim etdiyi ən son versiya olan Snapdragon 845-dir. 8 GB RAM və 128 GB daxili yaddaş, əsas qoşa kamera, 4000 mAh-lik batareya smartfonun digər göstəriciləridir. Xiaomi Black Shark 2 flaqmanının qiyməti məlum olmasa da, şirkətin 5%-lik marja strategiyasını nəzərə alsaq, bu cihazın alıcılar üçün əlçatan olacağını qeyd edə bilirik.

НОВОСТИ ПО ТЕМЕ

СОЦИАЛЬНЫЕ СЕТИ

12,051ФанатыМне нравится
1,021ЧитателиЧитать
3,086ЧитателиЧитать
711ПодписчикиПодписаться
- Реклама -
- Реклама -
- Реклама -