spot_img
22 ноября, 2024
ДомойТелекомНовости операторов«Nar»-ın «Full» paketlərindən istifadə edən abunəçilərin sayı 40% artıb

«Nar»-ın «Full» paketlərindən istifadə edən abunəçilərin sayı 40% artıb

«Nar»-ın təqdim etdiyi «Full» paketlərinin istifadəçilərinin sayı sürətlə artmaqdadır. Sərfəli qiymətə  ölkədaxili və şəbəkədaxili dəqiqələr, bol internet və çoxsaylı bonusların daxil olduğu «Full» paketlərindən istifadə edən abunəçilərin sayı son 6 ay ərzində 40 % artıb.

Abunəçilərin istək və tələblərini hər zaman nəzərə alan «Nar» 6 müxtəlif «Full» paketi təqdim edir. Qeyd edək bu təkliflər arasında abunəçilərin ən çox sifariş etdiyi paket — içərinsində 300 ölkədaxili dəqiqə və 1.5 GB internet olan «Full 9» paketidir.

«Full» paketlərini sifariş edən «Nar» abunəçilərinə internet və dəqiqələri sərfəli qiymətə əldə etməklə  yanaşı, ay ərzində topladıqları bonusları növbəti aylara keçirə bilmək imkanı verilir. Bundan əlavə, Azərbaycan mobil rabitə bazarında ilk dəfə olaraq «Full» paketlərinin istifadəçiləri qalıq bonusların dəyişdirilməsi funksiyasından — «Exchange» xidmətindən yararlana bilirlər. Beləki, «Nar» abunəçiləri dəqiqələri meqabaytlara və ya əksinə, meqabaytları dəqiqələrə dəyişə bilmək imkanına sahibdirlər.

«Full» paketləri haqqında ətraflı məlumatı www.nar.az/full internet səhifəsindən öyrənmək olar.

НОВОСТИ ПО ТЕМЕ

СОЦИАЛЬНЫЕ СЕТИ

11,991ФанатыМне нравится
1,015ЧитателиЧитать
3,086ЧитателиЧитать
714ПодписчикиПодписаться
- Реклама -