Populyar Timehop servisi 4 iyul tarixində baş vermiş haker hücumunu təsdiqləyib. Hücumun qarşısını bir neçə saat sonra almaq mümkün olsa da, hakerlər Timehop-da istifadəçi məlumatlarına yiyəylənə biliblər.
Timehop 2011-ci ildə yaradılmış «xatirələr» servisidir. Bu, özünəməxsus bir arxivdir, hansında ki, Facebook, Instagram, Twitter postları saxlanılır. Məlumat bazasında adlar, elektron ünvanlar, telefonıar və digər məlumatlar qorunur.
Beləliklə, hakerlər Timehop-dan 21 milyon istifadəçinin məlumatlarını oğurlaya biliblər. Onlardan 4.7 milyon istifadəçinin telefon nömrərləri də oğurlanıb.