29 may — 5 iyun tarixlərində Facebook səhvən minlərlə bloklanmış istifadəçini blokdan çıxarıb. Qeyd edilir ki, təxminən 800 min istifadəçinin qara siyahısında olanlar səhvən «azad olunub». Facebook bu səhvə görə məsuliyyəti öz üzərinə götürüb və ötən həftə etdiyi açıqlamada bütün blokdan çıxarılmış istifadəçiləri yenidən «qara siyahıya» qaytardığını elan edib.
Zərər çəkmiş istifadəçi hesabları bu barədə xüsusi bildiriş əldə edəcəklər.