ABŞ Federal Təhlükəsizlik Bürosu Apple-ın keçmiş əməkdaşını kommersiya sirrini oğurlamaqda ittiham edib. Hüquq mühafizə orqanları şirkətin keçmiş mühəndisi Xiaolang Zhang-ı həbs edib. Onu Apple şirkətinin pilotsuz avtomobillər layihəsi haqqında məlumatları yaydığı üçün ittiham edirlər və 10 illik həbs cəzası və 250 min dollar cərimə ediləcəyi gözlənilir.
Mühəndis çap plataları və Kupertinodaki laboratoriyadan serveri oğurlayıb. Bundan başqa o, 25 səhifəlik pilotsuz avtomobilin platasanın planını da oğurlayıb. Xiaolang Zhang günahını etiraf edib.