Tesla şirkətinin 2017-ci il üçün planları dünya üzrə 10 minə yaxın enerji doldurma məntəqələri quraşdırmaq idi. Bir qədər gecikmə ilə olsa da, onlar məqsədlərinə çata biliblər. Hal-hazırda dünya üzrə 1261 stansiya və 10 mindən çox enerji doldurma məntəqələri var.
Bundan başqa, Elon Musk bildirib ki, minlərlər bu tip «yaşıl» məntəqələr tikinti və yekun işlər etapındadır. Üstəlik, bəzi məntəqələrdə «supercharger» adlı sürətli enerji doldurma texnologiyası da istifadə ediləcək.