McDonald’s İspaniyada Big-Mac burgerinin 50 illik yubileyi münasibətilə reklam çarxı hazırlayıb. Bu videoda ofis işçilərinin 2068-ci ildə həyatı əks etdirilib.
Videonun qəhrəmanı səhər holoqrafik saatla oyanır, küçədə onu yağışdan bir növ dron-çətir xilas edir. İşdə şəffaf sensor monitorla işləyən qəhrəman 3D çarxlar izləyir. İşçilərin nahar yeməyi isə 2 ədəd kiçik hissədən ibarət olur. Nahar vaxtı qəhrəmanın iş yoldaşı ona pantomima ilə xəyali Big-Mac burgerini təsvir edir.