YouTube-un 2017-ci ilin son rübünə həsr olunmuş hesabatında qeyd edilib ki, sosial şəbəkədən 8.3 milyon video çarx silinib. Bunlardan 6.7 milyon video avtomatik olaraq silinib, 76% video isə baxışlardan öncə silinib.
Videoların əksəriyyəti sosial şəbəkənin ümumi qaydalarını pozduğuna görə silinib. Onlardan 1.1 milyon video xüsusi nəzarətçilərin tövsiyyəsi əsasında silinib. Bu tip nəzarətçilər arasında fiziki şəxslər, qeyri-hökumət qurumları və dövlət agentlikləri var. Ümumilikdə rüb ərzində YouTube 9.3 milyon şikayət qəbul edib ki, bunlardan da 93%-i məhz istifadəçilər tərəfindən göndərilib.
Şikayətli videoların çoxsu seksual xarakterli səhnələr, terrorizm təbliğatı və zorakılıq səhnələri ilə zəngin olub.