Azərbaycanın sığorta bazarında öz yenilikləri ilə seçilən “Qala Sığorta” şirkəti baş ofisində “all-wireless” konsepsiyasının tətbiqi çərçivəsində “Huawei Enterprise”ın “Huawei Agile Distributed Wi-Fi” həllini tətbiq edən ilk şirkət olub. Bu layihə “Mars Tech” şirkətinin dəstəyi ilə uğurla həyata keçirilib.
“Huawei” şirkətinin sözügedən həlli unikal texnoloji xüsusiyyətlərə malikdir. Ənənəvi simsiz “Wi-Fi” həllərindən öz səmərəliliyi ilə təxminən 20% daha səmərəli olan “Huawei Agile Distributed Wi-Fi” mövcud strukturlaşdırılmış kabel sisteminindən istifadə etmə imkanı, eləcə də hər istifadəçi üçün məlumat itkilərinin qarşısı alınmasına kömək edən müstəqil rouminq əhatəsi təmin edir.
«Biz Azərbaycanda “Huawei Agile Distributed Wi-Fi” həllini tətbiq edən ilk şirkət olduq. Düşünürəm ki, gələcəkdə bu inkişafdan yararlanaraq IT sahəsində bir çox yeniliklər tətbiq edəcəyik”, — deyə “Qala Sığorta” şirkətinin İdarə Heyətinin sədri Fuad Allahverdiyev bildirib.
Ənənəvi “controller-based” tətbiqindən bir qədər fərqlənən həllin arxitekturası hələ də iki növ cihazı: WLAN kontrollerlərini (AC) və giriş nöqtələrini (AP) ehtiva edir. Əsas fərq, giriş nöqtələrinin də iki növə bölünməsidir. Bunlardan biri mərkəzi giriş nöqtələri (Central AP), digəri isə simsiz ötürmə cihazlarıdır (RRU).
Qeyd edək ki, “Qala Sığorta” şirkəti 30 sentyabr 2015-ci il tarixindən fəaliyyət göstərir. Şirkətin yeganə səhmdarı “AzRe Təkrarsığorta” ASC-dir. Şirkət müştərilərinə baş ofis və 8 regional nümayəndəlik vasitəsi ilə xidmət göstərir. Əlavə məlumat üçün: http://qala-insurance.az.