Apple şirkətinin bu il təqdim edəcəyi növbəti iPhone flaqmanı 99% ehtimalı ilə iPhone X-in davamçısı olacaq. Lakin, növbəti smartfon xətti dizayn planında tamamilə fərqli olacaq. Bu barədə The Verge məlumat verib.
Analitiklərin sözlərinə görə Apple qatlanan iPhone təqdim edəcək. Qeyd edilir ki, qatlanan smartfonlar, əyilə bilən ekranlar texnologiya dünyasında növbəti trend olacaq və Apple bu məsələ ilə ciddi şəkildə məşquldur. Artıq bazarda ZTE Axon kimi iki ekranlı smartfon mövcuddur. Samsung isə CES sərgisi çərçivəsində qapalı təqdimatda qatlanan smartfonların prototipini təqdim etmişdi. LG də öz növbəsində əyilə bilən ekran texnologiyalarını patentləşdirir.