Kiber təhlükəsizliklə məşqul olan enSilo şirkətinin mütəxəssisləri yeni «Process Doppelgänging» adlı kiber hücum haqqında məlumat veriblər.
Hücum zamanı Windows-un standart fayl sistemi olan NTFS mexanizmindən istifadə olunur. Kod cihazda qalmır və daima əməliyyat yaddaşında saxlanılır. Məhz buna görə antivirus proqramları onu görmürlər. Proqramçılar bu üsulla «Kaspersky», Bitdefender, ESET, Symantec, McAfee, Windows Defender, AVG, Avast, Qihoo 360, Panda və Volatility kimi antiviruslar olan kompüterlərə hücum ediblər və cihazlardan heç biri zərərli kodun qarşısını ala bilməyib.