Uber və Volvo 24 min pilotsuz XC90 krossoerinin alınması haqqında 2019-2021-ci illər üçün müqavilə imzalayıb. Avtomobillərin ümumi dəyəri 1.4 milyard dollar təşkil edib. Uber sözügedən avtomobilləri pilotsuz (sürücüsüz) tamamilə müstəqil idarəetmə sistemi ilə istifadə edəcək.
Qeyd edək ki, Uber şirkəti Volvo XC90 krossoverlərini Arizona, San-Fransisko və Pitsburqda artıq istifadə edir. Hal-hazırda Uber avtomobilləri Volvo-dan alaraq onlara xüsusi pilotsuz idarəetmə sistemini özü quraşdırır. Lakin, yeni müqavilənin şətlərinə əsasən, Volvo pilotsuz idarəetmə sistemini özü öz avtomobillərinə quraşdıracaq.