Estoniya hakimiyyəti dövlət online-servislərinə girişi bir neçə günlük bağlayıb. Səbəb kimi vətəndaşların elektron pasportlarına quraşdırılmış çiplərdə aşkarlanmış sistem boşluğu göstərilir.
Estoniyada xüsusi çiplə təchiz edilmiş elektron pasportların alınması məcburidir. Bu tip pasportlar online-servislər, bankinq, səsvermə, dövlət xidmətləri və digər geniş imkanlara malikdir. Ekspertlər isə bir müddət əvvəl çiplərdə sistem boşluğu aşkarlayıblar. Onun köməyi ilə hakerlər 760 min vətəndaşın «şəxsiyyətini oğurlaya» bilərdilər. Bu isə əhalinin yarısı deməkdir.
Bunun qarşısını almaq üçün Estoniya 2014-cü ildən 25 oktyabr 2017-ci ilədək buraxılmış bütün kartların fəaliyyətini dondurub. İstifadəçilər yeni kart almaq məcburiyyətindədirlər.