spot_img
22 ноября, 2024
ДомойТелекомСтатьиYaxın gələcəkdə insanoğlunun robota həvalə edə biləcəyi 7 peşə

Yaxın gələcəkdə insanoğlunun robota həvalə edə biləcəyi 7 peşə

Gələcəkdə robotların bu və ya digər sahədə mütəxəssis və peşəkarlara rəqabət yarada biləcəyinə dair məsələdə tədqiqatçılarla futuroloqlar arasında fikir ayrılığı var. Bəziləri hesab edir ki, belə bir şey baş verə bilməz, digərləri isə, əksinə, gələcəkdə bir sıra peşənin robotlara həvalə edilə biləcəyindən danışır. Təbii ki, bu haqda heç kim qəti fikir irəli sürə bilməz, odur ki, hamımıza gözləmək və ümid etmək qalır ki, 20 il sonra işsiz qalmarıq.

Yeri gəlmişkən, bu yaxında Dubaidə baş tutan World Government sammitində İlon Mask vəd etdi ki, yaxın 20 il ərzində bugünkü əməkdaşların haradasa 15 faizi işsiz qalacaq. Bunların arasında ilk növbədə sürücülər, qaynar xətt operatorları, satıcılalar, hüquqşünaslar və digərləri var. Oksford Universitetinin alimləri isə bu mövzuda maraqlı bir tədqiqat aparıblar. Eksperiment çərçivəsində 700 peşə ələ alınıb. Bunlarda hər biri üçün 3 göstərici üzrə minimal tələblər müəyyənləşdirilib: ətraf mühitdə özünü yönləndirmə, yaradıcılıq və intellekt. Nəticədə bütün peşələr iki qrupa ayrıldı: 80%-lik ehtimalla robotlara təhvil olunacaq peşələr və maşınların həmin işin öhdəsindən gələ bilməyəcəyi peşələr. İkinci qrupa, yəni, insanların əlində qalacaq peşələr qrupuna alim, mühəndis, aktyor, rəhbər, müəllim, həkim, sosial sahədəki işçilər və hüquqşünaslar daxil edildi. Təhlükəli sayılan peşələrin siyahısı isə olduqca geniş alındı.

Xidmət göstərən personal

Servislər sahəsi ən böyük təhlükəyə məruz qalacaq. Burada təəccüblü heç bir şey yoxdur. Çünki robot daha güclü, daha etibarlı və müxtəlif çətinliklərə daha çox tap gətirə bilir. Robot maaş istəmir. Onun səhv etmə ehtimalı daha aşağıdır. Robot emosional təsir altına düşmür. Servis sahəsində elə indidən bir çox işi robotlar görür, baxmayaraq ki, həmin maşınlar insanların «robot» stereotipinə uyğun gəlmir. Bugün hər yerdə, hər şəhərdə terminal, ərzaq və içki satan avtomatlar, avtomatik kassalar və parklama aparatlarına rast gəlmək mümkündür. Bir düşünün, ofisiant, otel xadiməsi, konsyerj və operator kimi peşələri robotlara həvalə edib nə qədər vəsaitə qənaət etmək olardı. Misal üçün, son bir neçə ildir ki, kitabxana əməkdaşlarının işinə son qoyulur və onların yerinə robotlar quraşdırılır. Çində tamamilə avtomatlaşdırılmış restoran fəaliyyətə başlayıb. Əlbəttə, belə təşəbbüslər hələ ki, kütləvi xarakter daşımır, amma bu da bir həqiqətdir ki, onlar mövcuddur və, kim bilir, sabah kütləvi xarakter ala bilər.

Sürücülər

Son illər avtomobil sənayesinin nəhəngləri mükəmməl pilotsuz avtomobil lahiyəsi üzərində işləyir. Bu sahəyə maraq həqiqətən olduqca böyükdür və artıq ciddi uğurlar əldə edilib. Google ve Tesla bunu sübut edir. Nəqliyyat vasitələrinin avtomatlaşdırılmasının önəmli müsbət cəhətləri var. Əvvəla, belə sistemlər günün 24 saatı ərzində fasiləsiz işləyə bilir. İkincisi, həmin sistemlər minlərlə qəza və insan tələfatına səbəb olan insan faktoruu aradan qaldırır.

Şübhəsiz, pilotsuz avtomobillər yaxşı fikirdir, amma bir ciddi problem yaradır: dünyanın dörd bir tərəfində milyonlarla sürücü bu səbəbdən işsiz qala bilər. Üstəlik, söhbət sadəcə avtomobil sürücülərindən getmir. Məlumdur ki, pilotsuz yük maşınları, gəmi və təyyarələr də artıq bir sıra uğurlu sınaqdan keçib. Amma sözsüz ki, belə hallarda təhlükəsizliyə təsir göstərən bütün faktorların nəzərə alınması məsələsi texnika üçün müşkül olacaq. Məhz buna görə hələlik təyyarəçi və gəmi kapitanlarının peşələri risk zonasından uzaqdır.

Dəstək xidmətlərinin mütəxəssisləri

Texniki dəstək xidmətinə zəng edərkən biz əksər hallarda öncədən proqramlaşdırılmış məsləhətlərdən ibarət avtomatik cavab eşidirik. Belə yanaşma həm vaxta, həm də resurslara qənaət etməyə kömək edir. Bir çox hallarda operatorla canlı ünsiyyət qurmağa ehtiyac qalmır, çünki proqram çox verilən sualların hamısına cavab verə bilir. Bunlara müxtəlif servis və internet mağazalarında verilən onlayn məsləhətlər də daxildir. Yeni robotlar mətni təhlil edərək cavab formalaşdıran alqoritmlərdən istifadə edir. Gələcəkdə həmin sistemlər əksər ofislərdə öz yerini ala bilər. Alimlər isə robot ilə dialoqu adi insan ünsiyyəti səviyyəsinə gətirmək üzərində addımlar atırlar. Bunun yolu isə sistemi tam dəqiqliklə insan nitqini tanıyıb təhlil etməkdən keçir.

Zavod fəhlələri

Bu yaxınlarda Çinin sənaye mərkəzlərindən biri olan Dunquan şəhərində hökümət tərəfindən «Robot insanı əvəz edir» adlı eksperiment keçirilib. Burada 30 000 iş yerində insan əvəzinə robot tətbiq etmək məqsədilə 4,2 milyard yuan həcmində sərmayə xərclənib. Məlumdur ki, başqa bir Çin şirkəti, Changying Precision Technology da öz növbəsində bu sahədə uğur əldə edib. Şirkətə aid zavodlardan birində 650 əməkdaş işdən çıxarılaraq onların yerinə 60 robot quraşdırılıb. Nəticədə maşınlar bir ay ərzində yüksək ixtisaslı əməkdaşların istehsal etdikləri məhsulların 3 qat çoxunu istehsal edə bilir. Üstəlik, daha keyfiyyətli: brak məhsul cəmi 20 faiz təşkil edib. İndi həmin zavodda cəmi 60 nəfər işləyir. Belə eksperimentlər uğurla nəticələndikcə, hər yerdə istehsal proseslərinin robotlaşdırılması vüsət alacaq. Bu isə milyonlarla iş yerinin ixtisar edilməsinə gətirib çıxaracaq.

Satıcı və kassirlər

Məsləhətçi-satıcı peşəsi də təhlükə altındadır. Yaponiyanın SoftBank şirkəti Pepper adlı robot yaradıb. Bu robot insan nitqini və emosiyalarını tanımağa qadirdir. Eyni istiqamətdə, yəni, məsləhətçi robot yaratmaq sahəsində IBM də intensiv iş aparır. İnsanlar robotlara sadəcə müqavilə imzalamaqda köməklik göstərəcəklər, çünki hələ ki, robot bu işi görə bilmir. Kassirlərə gəlincə, onların vəziyyəti daha da ağlamalıdır. Statistikaya əsasən, onların 97%-i işsiz qalacaq və iş yerini robota təhvil verəcək. Adi mexaniki işi robot daha dəqiq və daha uzun müddət yerinə yetirə bilir. Bu tendensiya xüsusilə Qərb ölkələrində tam sürətlə genişlənir.

Jurnalistlər

İnanmaq çətin olsa da, amma jurnalist kimi yaradıcılıq tələb edən peşə də gələcəkdə robotların əlinə keçə bilər. Bunun əlamətlərini indidən görmək olar. Baxın, internet nə qədər qəzet və jurnalı məhv etdi. Təhlilçilər isə 10 ildən sonra xəbər xarakterli məqalələrin 90%-nin avtomatik olaraq hazırlanıb yayımlanacağını iddia edirlər. Hal-hazırda Forbes jurnalı artıq robotlardan istifadə edir və onların köməyilə illik hesabatlar hazırlayır. Big Ten mənbəinin idman xəbərlərini çoxdandır ki, robotlar yazır. Britaniyanın Press Association agentliyi Google Digital News Initiative çərçivəsində ayda ən azı 30 min xəbər hazırlayan RADAR robot jurnalist layihəsi çərçivəsində 1 milyon dollara yaxın vəsait alıb.

Yaxın gələcəkdə işsiz qala biləcək peşə sahibləri arasında kopirayterlər də var. Ekspertlər əminliklə iddia edirlər ki, süni intellektli alqoritmlər müxtəlif mətn mənbələrilə sinxronlaşdırılaraq müstəqil şəkildə müxtəlif mövzularda məqalələr yaza biləcək.

Hüquqşünaslar

Bugün hüquqşünaslara bir çox sahələrdə böyük ehtiyac var. Borcların qaytarılması, vəsiyyət və varislik məsələləri, ipoteka kreditinin rəsmiləşdirilməsi sə sairə — hüquqşünas və ya vəkil bu məsələlrdə əvəzedilməzdir. Lakin kompüter texnologiyaları üzrə mütəxəssislər bu sahədə də ümid yeri qoymurlar. Onlar deyirlər ki, 15 il sonra insanlar hüquq məsləhətxanalarına müraciət etməyəcəklər. Əvəzində robotlar istifadə olunacaq. Əlbəttə, robot yerindən qalxıb hüquqşünası məhkəmədə icra etdiyi vəkil vazifəsində əvəz edə bilməz, amma ən sadə hüquqi dəstək məsələlərində asanlıqla istifadə oluna bilər. Jomati adlı hüquqşünas robot tərtibatçıları vəd edirlər ki, onların yaratdıqları robotlardan cəmi ikisi tam ştatlı notariat kontorunun işini görə bilər. Robot bitərəf və qanuna tam uyğun şəkildə işləyəcək, amma onu da qeyd edək ki, müştərinin əhval-ruhiyyəsini və müraciət etməsinin motivlərini çətin ki, başa düşə biləcək. Elə burada da hüquqşünaslar üçün bir ümid yaranır: yüksək ixtisaslı və təcrübəli peşəkarlar robotlardan xeyli üstün olaraq qalacaqlar.

НОВОСТИ ПО ТЕМЕ

СОЦИАЛЬНЫЕ СЕТИ

11,990ФанатыМне нравится
1,015ЧитателиЧитать
3,086ЧитателиЧитать
714ПодписчикиПодписаться
- Реклама -