Süni intellekt konsepsiyası çox böyük sürətlə inkişaf edir. Hal-hazırda süni intellekt ABŞ məhkəmələrində də belə istifadə olunur. SN müstəqil olaraq mahnılar tərtib edə bilir və Dota 2 oyununda top kiber-oyunçuları məğlub edə bilir. İndi isə məlum olub ki, SN artıq oyunar da tərtib edir. Hələlik konsepsiya oyunları sıfırdan yaza bilməsə də, oyun gamaplay-ini, missiya prosesini hazırlayaraq birləşdirə bilir. Game Engine Learning from Video adlandırılan bu konsepsiya hələlik yalnız 2D platformalarla çalışa bilir (Super Mario Bros və Mega Man).