Azərbaycan əhalisi, xüsusilə Bakı sakinləri internetdən alış-veriş edərkən bir çox problemlə rastlaşırlar. Müəyyən təcrübəsi olan alıcının davranışı adətən belədir: alıcı lazım olan məhsulu internetdə axtarır və nəticədə onun qarşısına ilk növbədə reklama pul xərcləyən saytların məhsulları çıxır. Ancaq bu heç də ən sərfəli təklif olmaya bilər və nəticədə mövcud təkliflərin böyük qismi diqqətinizə çatdırılmayacaqdır.
Bu gün bəzi mağazalar öz saytlarını artıq yaradıb. Bəziləri hətta onlayn ödəniş imkanını da təqdim edir. Lakin bir sıra saytlar hələ də müştərinin sorğusunu qəbul etmək üçün «indi al» düyməsini təklif edir və bundan sonra alıcıya telefonla zəng edərək köhnə qaydada alış-verişə davam edir.
Bütün mağazaların bazara onlayn çıxışı varmı? Əlbəttə, yox. Bir çox mağazaların onlayn satışı yaradaraq inkşaf etdirmək üçün əlavə resursları yoxdur. Lakin xəbəriniz olsun ki, onların problemlərini həll edən, eləcə də müştərilərə alış-veriş üçün maksimal rahatlıq təmin edən Onlayn Ticarət Mərkəzi Shop.az var. Sayt müştərilərə bütün məhsulları bir yerdə görməyə, mağazalara isə öz saytlarını Shop.az saytının içərisində nəinki yerləşdirib dəstək almağa, eləcə də onları inkşaf etdirməyə imkan yaradır.
Əlbəttə bütün saytın optimizasiyası, məhsulların yenilənməsi və sayt daxili sağlam rəqabətin yaranması bütün bu prosesdə az rol oynamır.
Bir çox mağazalar bu platformaya rəqiblərin qiymətləri barədə məlumat almağa və müxtəlif aksiya və marketinq fəaliyyətləri hesabına rəqabətə dayanıqlı olmağa imkan yaradan marketing aləti kimi baxır.
Shop.az saytında müştərilər bu və ya digər məhsulu alarkən nələrə diqqət yetirməli olduquları barədə məsləhətlərlə, eləcə də texnoloqiyalarla yanaşı «bağ və ev üçün», «uşaqlar üçün» və s. məhsullar barədə yeniliklərlə də tanış ola bilərlər.
Bu platforma evinizdə, iş yerinizdə, nəqliyyatda reklam olunan mağazalarla yanaşı tanımadığınız mağazaların məhsullarını da seçməyə imkan verir.
Müştərilərinə obyektiv və dolğun məlumat vermək Shop.az saytının məqsədidir.
Saytın yeni formatda cəmi 2 ay fəaliyyət göstərməsinə baxmayaraq, artıq 100-dən çox mağazanın seçilmiş məhsulları Shop.az onlayn ticarət mərkəzində yerləşdirilmişdir.
Hal-hazırda onlayn ödənişi və öz çatdırılma xidməti olmayan mağazalara qeyd olunan xidmətlərin Shop.az tərəfindən göstərilməsi üçün yeni funksiyaların testləri aparılır.