NPD Group analitik şirkəti ABŞ server bazarını araşdırıb. Alınan nəticələrə əsasən regionda HPE öz liderliyini qoruyub saxlaya bilib. Lakin, artım tempində Dell EMC birinci yeri tutur. Ekspertlərin rəyinə əsasən, aprel-iyun aylarında vendorlar 104 983 server yükləyiblər. Bunların böyük hissəsi (68.3%) HPE-nin payına düşür.
Ən iri istehsalçılar ikinci yeri 11% pay sahibi olan Lenovo ələ keçirib. Üçüncü sırada isə bazarda 9.3% pay sahibi olan Cisco şirkətidir. Cisco-nun ardınca Dell EMC və Supermicro qərarlaşıb.