spot_img
21 ноября, 2024
ДомойAVТелевидениеLG Display çevik 77” ekran yaradıb

LG Display çevik 77” ekran yaradıb

LG Display tərtib etdiyi ən son məhsulu anons edib. LG Display yeni, şəffaf, 77 düymlük, çevik paneli Cənubi Koreyanın ticarət, sənaye və energetika nazirliyi ilə birgə hazırlayıb. Panel Ultra HD və 4K xüsusiyyətlərinə malikdir. Yeni məhsulun şəffaflıq dərəcəsi 40%-dir, bu isə, öz sinfində rekord göstəricidir. Ekran istənilən vaxt diametri cəmi 8 santimetr olan silindr şəklində yığıla bilər. Bu məhsulun tərtib olunmasına LG Display mühəndisləri 5 il sərf ediblər. Məqsəd isə bu bazarı uğurlu Çin və Tayvan şirkətlərinə qapdırmamaqdır. Bununla belə, LG Display hələ ki, yeni məhsulun kütləvi istehsalına başlamağa tələsmir.

НОВОСТИ ПО ТЕМЕ

СОЦИАЛЬНЫЕ СЕТИ

11,991ФанатыМне нравится
1,015ЧитателиЧитать
3,086ЧитателиЧитать
714ПодписчикиПодписаться
- Реклама -