Bütün prosessorlarda quraşdırılmış keş (cache) var — yüksək sürətli yaddaş, hansı ki, sistem üçün vacib verilənləri saxlayır. Böyük və sürətli keş sistemin daha da sürətli işləməsi anlamına gəlir. Lakin, bütün çiplər quraşdırılmış yaddaşı effektiv şəkildə istifadə edə bilmir. Massaçusets texnologiya institutunun alimləri bu problemi həll ediblər. Onlar yeni bir sistem yaradıblar. Bu sistem verilənlərin yaddaşın hansı ədədində daha effektiv saxlanılmasını hesablaya bilir. Yeni tərtibatın adını Jenga qoyublar (blok quraşdırılması ilə bağlı stolüstü oyun). Jenga-nın köməyi ilə prosessorlar 30% daha sürətli çalışacaq.