Son bir neçə il ərzində Flash Player-in tezliklə fəaliyyətini dayandıracağı haqqında bir çox şaiyələr gəzirdi. Baruzer tərtibatçıları Adobe məhsulundan imtina edərək daha da inkişaf etmiş HTML5 texnologiyasına üz tutur. Google ötən ilin sonundan etibarən HTML5-ə keçid alıb, Microsoft, Mozilla və Apple da Flash-dan imtina edib.
Adobe Flash Player-in dəstəklənməsi tamamilə 2020-ci ildə bitəcək. Şirkət Apple, Mozilla, Google və Microsoft ilə əməkdaşlığını davam etdirəcək, lakin heç bir yeni funksiya tərtib edilməyəck.