Uber servisinin tərtibatçıları mobil tətbiqdə reytinq sistemini yeniləyiblər. Belə ki, indi Uber istifadəçiləri şəkil və ad altında yerləşən «Menu» bölməsinə keçərək öz reytinqlərini görə bilərlər.
Tərtibatçıların sözlərinə görə, bir çox sərnişin sürücülərin də onlara qiymət verdiyini unudur. Məhz buna görə sərnişinin avtomobildə davranışı onun reytinqinə təsir göstərə bilər.