Nəhəng britaniyalı reklam holdinqi WPP 100 ən dəyərli Çin brendinin siyahısını tərtib edib.
Reytinqin ilk onluğu belədir: Tencent ($106 milyard), Alibaba ($58 milyard), China Mobile ($57 milyard), ICBC ($31 milyard), Baidu ($23 milyard), Huawei ($20 milyard), China Bank ($18 milyard), Ping An ($16 milyard), Moutai ($16 milyard) və Agricultural Bank of China ($14 milyard).
Bu siyahıdan xüsusilə Huawei-i qeyd etmək lazımdır, çünki şirkət əhəmiyyətli dərəcədə inkişaf edərək ötən ilki göstəricisindən (13) cari ildə 6-cı pilləyə yüksələ bilib.