17 fevral tarixində Microsoft Office-in macOS üçün yeniləməsi təqdim olunub. Ən gözəçarpan yenilik MacBook Pro 2016-da Touch Bar-ın dəstəklənməsidir. İndi ofis tədbiqlərini noutbukların Touch Bar paneli vasitəsilə idarə etmək daha asan olacaq.
Bütün ofis tətbiqlərində «Word Focus Mode» funksiyası əlavə edilib. İstifadəçilər şriftin ölçüsünü, rəngini və digər alətləri Touch Bar vasitəsilə idarə edə biləcəklər.