Mobil cihazların satışında uğur əldə etmiş Apple şirkəti öz mobil mağazasının da uğurları ilə öyünə bilər. Belə ki, 2016-cı ildə App Store-un gəlirləri Google Play-i iki dəfə üstələyib. Bu, ciddi bir üstünlükdür, çünki Apple cihazları Android cihazları ilə müqayisədə bazarda az yer tutur, App Store-da 2.2 milyon tətbiq, Google Play-də isə 2.6 milyon tətbiq mövcuddur.
Apple şirkətinin bu sahədə də üstünlük əldə etməsi servislərlə bağlıdır. Belə ki, App Store-da olan tətbiqlərin bir çoxunda Spotify, HBO Now və s. bu kimi servislərə abunəlik tələb olunur.