CES 2017 sərgisində Kingston şirkəti dünyanın ən həcmli yaddaş kartını təqdim edib. Fləş kartlar iki versiyada təqdim edilib — 1 TB və 2 TB. Cihazın ölçüləri 72×27×21 mm, korpus isə sink məhlulundan hazırlanıb. Yaddaş kartı USB 3.1 yuvası ilə də təchiz olunub.
Kingston DataTraveler Ultimate GT cari ilin fevral ayında satışa çıxarılacaq, qiymət isə məlum deyil. Lakin, müqayisə üçün qeyd edək ki, Kingston-un 4 il öncə təqdim etdiyi 1 TB-lıq DataTraveler HyperX Predator yaddaş kartı 700-800 dollara təqdim olunur.