Mikrobloq servisi Twitter cari ilin ən məşhur hashtag-lərini təqdim edib. 10-cu yerdə amerikan serialı olan #GameOfThrones qərarlaşıb. Məşhur musiqiçilər Prins və Devid Boui-nin vəfat etmələri #RIP hashtag-ini 9-cu yerdə müəyyən edib. Cari ilin 10 ən məşhur hashtag-ləri siyahısında növbəti yerləri #Trump, #BlackLivesMatter (qaradərili əhaliyə dəstək hərəkatı), #Brexit, #Oscars və #Euro2016 tutub.
Twitter-in 3 ən populyar mövzuları arasında 3-cü pillədə #PokemonGo oyunu qərarlaşıb. 2-ci pillədə ABŞ-da keçirilmiş seçkilərə həsr olunmuş #Election2016 hashtag-i yer alıb. Cari ilin ən məşhur hashtag-i isə #Rio2016 olub, hansı ki, Braziliyada keçirilmiş Olimpiya oyunları ilə bağlıdır.