Dil baryeri texnologiyaların inkişaf etməsi ilə paralel olaraq getdikcə ləğv olunur. Bir müddət əvvəl Skype sinxron tərcümə funksiyasını təqdim etmişdi (siz rusca danışarkən həmsöhbətiniz sizi ingiliscə eşidir). İndi isə Microsoft dünyada ilk şəxsi və universal tərcüməçini təqdim edib. Microsoft Translator tətbiqi real zaman rejimində işləyərək yüzlərlə iştirakçının söhbətini smartfon, planşet və ya PC-nin köməyi ilə tərcümə etmək funksiyasına sahibdir.
Microsoft Translator bu həftə Android, iOS və Amazon Fire-də mövcud olacaq.