Çin mənbələrinə görə, Mi Air Purifier Pro cihazı «ağıllı ev» xəttinin yeni məhsulu olacaq. Hava təmizləyici cihaz gözəl müasir dizayna malikdir, Xiaomi Smart Home tətbiqinə qoşula bilir, OLED-displey ilə təchiz olunub, yüksək dəqiqliyə malik lazer ötürücü isə ən kiçik toz dənəciklərini belə müəyyən edə və 60 kv.m ərazidə havanı təmizləyə bilir. Cihaz məkanın temperaturunu və rütubətini də ölçmək funksiyasına sahibdir.
Xiaomi Mi Air Purifier Pro Çində 11 noyabrdan etibarən 211 dollara satışa çıxarılacaq.