spot_img
20 апреля, 2024
ДомойТелекомСобытияŞagirdlər yenə “Bebras” beynəlxalq informatika müsabiqəsində yarışacaq

Şagirdlər yenə “Bebras” beynəlxalq informatika müsabiqəsində yarışacaq

Azərbaycan ACM Bölməsinin təşkilatçılığı ilə informatika üzrə beynəlxalq “Bebras” müsabiqəsi çərçivəsində “Bebras” Həftəsi bu il 28 noyabr — 4 dekabr tarixlərində keçirilir. Təhsil Nazirliyinin dəstəyi ilə ADA Universiteti ACM Tələbə Bölməsi ilə birgə təşkil olunan müsabiqədə iştirak ödənişsizdir və maraqlanan məktəblər http://www.bebras.az veb-saytında qeydiyyatdan keçməyə dəvət olunur.

Beynəlxalq “Bebras” müsabiqəsi (“Bebras” International Contest on Informatics and Computational Thinking) şagirdlərin alqoritmik və məntiqi təfəkkürlərini proqramlaşdırma bilikləri tələb etmədən qiymətləndirmək üçün hazırlanıb. Onlayn rejimdə keçirilən müsabiqə zamanı 1-11-ci sinif şagirdləri 40 dəqiqə ərzində öz yaş qruplarına uyğun 15 əyləncəli məsələni həll edir.

Müsabiqə ilə maraqlanan məktəblərin müəllimləri http://www.bebras.az veb-saytı vasitəsilə koordinator kimi qeydiyyatdan keçməyə dəvət olunurlar. Təsdqi olunmuş koordinatorlar şagirdləri qeydiyyatdan keçirir və həftə ərzində yarışı öz məktəblərində təşkil edirlər. Hazırda 35 rayondan artıq 210 məktəb qeydiyyatdan keçib və bu il əvvəlki illərə nisbətən daha çox şagirdin iştirakı gözlənilir.

 

НОВОСТИ ПО ТЕМЕ

СОЦИАЛЬНЫЕ СЕТИ

12,050ФанатыМне нравится
1,021ЧитателиЧитать
3,086ЧитателиЧитать
711ПодписчикиПодписаться
- Реклама -
- Реклама -
- Реклама -