spot_img
25 ноября, 2024
ДомойТелекомСобытияGartner reklam və digital-marketinqdə əsas texnologiyalar haqqında məlumat verib

Gartner reklam və digital-marketinqdə əsas texnologiyalar haqqında məlumat verib

Gartner analitik şirkəti reklam və digital-marketinqdə istifadə olunan texnologiyaların inkişaf etaplarını əks etdirən qrafiki təqdim edib. 2016-cı il versiyalı qrafikə üç texnologiya əlavə olunub: reklamın əngəllənməsi, prediktiv B2B marketinq analitikası (Predictive B2B Marketing Analytics) və mobil pulqabı.

gartnergraphic

Ad Blocker termininə reklamı əngəlləyən bütün alət və proqram təminatları daxil edilib. PageFair və Adobe-nin araşdırmasına görə reklam əngəllənməsindən gələn gəlirlər 5.8 milyard dollardan (2014) 20.3 milyard dollara qədər (2016) artacaq.

B2B marketinq analitikası seqmenti özündə analitikanın verilənləri üzərində qurulmuş SaaS-tətbiqlərini birləşdirib. Prediktiv marketinq analitikası gəlirlərin artım sürətinin yüksəlməsi, satış dövriyyəsinin artması sahələrində böyük potensiala malikdir. Hal-hazırda bu seqmentdə ən qabaqcıl alət istehsalçıları arasında 6sense, Datanyze, EverString, Infer, InsideSales.com, Lattice Engines, Leadspace, Mintigo, Radius və SalesPredict vardır.

Gartner qeyd edir ki, personalizasiya marketoloqlar üçün problem olaraq qalır. Qabaqcıl texnologiyalardan istifadə olunmasına baxmayaraq, auditoriyanı lazımi vaxtda əldə etmək çətinləşib. Auditoriyanın seqmentləşməsində də müəyyən problemlər mövcuddur.

Gartner-in Hype Cycle qrafikindən 9 texnologiya çıxarılıb: Mobile Advertising, Digital Commerce Marketing, Automatic Content Recognition (ACR), Social TV, Gamification, Sharing Economy, Neurobusiness, Privacy Management Tools və Lead Management. Qrafikdən çıxarılmasına baxmayaraq, rəqəmsal kommersiyanın marketoloqlar üçün əhəmiyyəti Gartner tərəfindən önəmli olaraq təqdim edilib.

НОВОСТИ ПО ТЕМЕ

СОЦИАЛЬНЫЕ СЕТИ

11,989ФанатыМне нравится
1,015ЧитателиЧитать
3,086ЧитателиЧитать
714ПодписчикиПодписаться
- Реклама -