Beynəlxalq hüquq mühafizə təşkilatı Amnesty International 16 ən təhlükəsiz messencerin reytinqini tərtib edib.
Birinci yeri Facebook məhsulları 100 baldan 73-nü toplayaraq bölüşdürüblər: Facebook Messenger və WhatsApp. İkinci pillədə Apple məhsulu iMessage, üçüncü yerdə isə 67 bal toplamış Telegram qərarlaşıb.
Məşhur Viber, Skype, Snapchat və Blackberry Messenger Amnesty International tərəfindən 50 baldan aşağı qiymət alıblar. Çin istehsalı QQ və WeChat isə ümumiyyətlə 0 bala layiq görülüblər. Ən böyük səbəb kimi isə təhlükəsizliyin çox aşağı səviyyədə olması göstərilib.
Reytinqdə əsas yerlərin sahibləri məhz end-to-end şifrələnmə texnologiyasında görə yüksək mövqelərdə qərarlaşıblar.