Cari ayın əvəlində Facebook internetə qoşulma sürəti zəif olan ölkələr üçün Messenger-in Lite versiyasını təqdim etmişdi. Bu versiyada mobil trafikə qənaət etmək mümkündür.
İndi isə Facebook adi Messenger istifadəçiləri üçün də belə rejimi tətbiq etməyə başlayıb. Belə ki, Facebook Messenger-in beta versiyasında Data Saver adlı trafikə qənaət rejimi əlavə olunub. İnternet sürətinin zəif olduğu şəraitdə bu rejimdən istifadə etmək mümkün olacaq. Maraqlıdır ki, Wi-Fi-a qoşularkən Messenger Data Saver funksiyasını avtomatik olaraq deaktiv edir.