spot_img
22 ноября, 2024
ДомойТелекомСобытия“ADA” Universitetində “Big Data” Elmi-Tədqiqat və Təlim Mərkəzi yaradılır

“ADA” Universitetində “Big Data” Elmi-Tədqiqat və Təlim Mərkəzi yaradılır

AZƏRTAC xəbər verir ki, bu münasibətlə oktyabrın 19-da keçirilən açılış mərasimində “ADA” Universitetinin rektoru, xarici işlər nazirinin müavini Hafiz Paşayev mərkəzin universitetin İnformasiya Texnologiyaları və Mühəndislik İnstitutunun təşəbbüsü ilə yaradıldığını bildirib, mərkəzin fəaliyyətinə uğurlar arzulayıb. Rektor qeyd edib ki, yeni yaradılan mərkəzdən “ADA” Universitetinin tələbələri ilə yanaşı, digər ali təhsil ocaqlarının tələbələri də faydalanacaq. İnanırıq ki, yeni mərkəz bu sahə üzrə yerli mütəxəssislərin və yerli analitiklərin yetişdirilməsi istiqamətində yeni yol açacaq. Həmçinin ən qabaqcıl proqram təminatı və aparat təminatı texnologiyalarında yeni sahələr üzrə yerli bilik və təcrübələrin inkişaf etdirilməsinə imkan yaradacaq.

Təhsil naziri Mikayıl Cabbarov Azərbaycanda ilk dəfə həyata keçirilən layihənin başlanması münasibətilə iştirakçıları təbrik edib, bu mərkəzin təhsilin inkişafına töhfələr verəcəyini vurğulayıb. Nazir qeyd edib ki, “Big Data” Elmi-Tədqiqat və Təlim Mərkəzi həm də ölkədə elm və tədqiqatlar üzrə yeni inkişaf sahəsinin başlanğıcını qoyacaq. Mərkəzdən faydalanan gənclər bu sahə üzrə qarşılaşacaqları maneələri asanlıqla dəf edə biləcəklər. Bu da onlara öz növbəsində, həm özəl sektorda, həm də dövlət sektorunda bir sıra sahələrdə və ixtisaslarda təhlil bacarıqlarının təkmilləşdirilməsinə yardım edəcək.

BP-nin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Qordon Birrell bildirib ki, BP və onun tərəfdaşları ölkədə yeni inkişaf sahəsinin yaradılmasına imkan verəcəyi gözlənilən bu layihəyə dəstək olmaqdan məmnunluq duyur. Bu layihə konkret olaraq ölkədə verilənlər üzrə ixtisaslaşmış mütəxəssislərin, verilənlər və informasiya üzrə mühəndislərin və irihəcmli verilənlərin təhlili üzrə peşəkar mütəxəssislərin yetişdirilməsinə yönəlib. BP və tərəfdaşları üçün bu layihə, həmçinin Təhsil Nazirliyi ilə olan əməkdaşlığı genişləndirmək və Azərbaycanın aparıcı ali təhsil ocaqlarından biri olan “ADA” Universiteti ilə yeni tərəfdaşlıq qurmaq imkanı verir.

Bildirilib ki, layihənin icra müddəti 2016-cı il oktyabr ayından 2017-ci ilin dekabr ayınadək olan dövrü əhatə etməklə 15 ay təşkil edir. “ADA” Universiteti tərəfindən həyata keçiriləcək layihənin dəyəri 410 min dollardır.

Sonra Elmi Tədqiqat və Təlim Mərkəzinin yaradılmasına dair müqavilə imzalanıb. Müqaviləni “ADA” Universitetinin rektoru Hafiz Paşayev və BP-nin regional prezidenti Qordon Birrell imzalayıblar.

НОВОСТИ ПО ТЕМЕ

СОЦИАЛЬНЫЕ СЕТИ

11,991ФанатыМне нравится
1,015ЧитателиЧитать
3,086ЧитателиЧитать
714ПодписчикиПодписаться
- Реклама -