Gartner şirkətinin araşdırmalarına əsasən, 2021-ci ilədək maşınlar bizlər haqqında yaxınlarımızdan daha çox biləcəklər. Bu və digər proqnozlar Symposium/ITxpo konfransı zamanı səsləndirilib.
2019-cu ildə brendlərin 20%-i mobil tətbiqlərdən imtina edəcəklər
Bunun əvəzinə şirkətlər veb tətbiqlərə üz tutacaqlar.
2020-ci ildə 100 milyon isitfadəçi AR-də alışlar edəcək
Məhsullar haqqında informasiya havada asılı vəziyyətdə rəqəmsal şəkildə təsvir olunacaq.
2020-ci ildə insan botlarla daha çox ünsiyyətdə olacaq
2021-ci ildə 20% insan 7 böyük IT-şirkətlə iş quracaq
2022-ci ildə 10 milyard dollar dəyərində blokçeyn-servislər mövcud olacaq
Blokçeyn bir çox internet-şirkətlərin istifadə edəcəyi böyük bir ekosistem olacaq.