Anniversary Update-də veb-kameraya edilən dəyişikliklər müəyyən problemlər yaradıb. Belə ki, yeniləmədən sonra Microsoft veb-kameralara MJPEG və ya H264 kodeklərindən istifadə etməyi qadağan edib və yalnız YUY2 kodekini təklif edib.
Bu problemin sentyabr ayında aradan qaldırılacağı gözlənilir. Hələlik isə yaranmış problemi reyestrdə bir neçə dəyişiklik etməklə həll etmək olar.
Reyestrdə HKLM\SOFTWARE\WOW6432Node\Microsoft\Windows Media Foundation\Platform ünvanına keçin və orada EnableFrameServerMode adlı Dword parametrini yaradın («0» təyin edin).