Meizu şirkəti növbəti orta seqmentə aid smartfonunu təqdim edib — Meizu M3E. Cihaz metal korpusdan ibarətdir, barmaq izi skaneri və həcmli batareya ilə təchiz olunub. Smartfon 5 rəng çeşidində təqdim olunur: boz, qızılı, gümüşü, çəhrayı və göy metal.
5.5 düymlük Full HD displey, 13 meqapiksellik arxa və 5 meqapiksellik ön kameralar, 8 nüvəli MediaTek Helio P10 (1.8 Ghz) prosessoru, 3 GB əməliyyat və 32 GB daxili yaddaş, 128 GB-dək yaddaş kartını dəstəkləyən microSD yuva smartfonun ümumi göstəriciləridir.
3100 mAh batareya ilə təchiz olunmuş smarfon Android 6.0 Marshmallow əməliyyat sistemi ilə çalışır. Meizu M3E 153.6 x 75.8 x 7.9 mm ölçülərə və 172 qr çəkiyə malikdir.
14 Avqust satışa çıxarılacaq smartfonun təxmini qiyməti 195 dollar təşkil edəcək.