spot_img
16 апреля, 2024
ДомойSoftwareОперационные системыKindle elektron kitabları Windows 10-da "göy ölüm ekranı"-na səbəb olurlar

Kindle elektron kitabları Windows 10-da «göy ölüm ekranı»-na səbəb olurlar

Cari ayın əvvəlində təqdim olunan «Windows 10 Anniversary Update» yeniləməsi özü ilə yeni funksiyalarla yanaşı bir sıra problemlər də gətirib. Belə ki, bəzi istifadəçilər kompüter donması problemi ilə üzləşiblər, digərlərində isə veb-kameralar sıradan çıxıb.

Bir müddət əvvəl bu yeniləmənin daha bir problemi üzə çıxıb. Belə ki, əgər kompüterə Kindle Paperwhite, Voyage və ya digər elektron kitabları qoşarsanız, ekranda dərhal «göy ölüm ekranı» peyda olacaqdır.

Hal-hazırda problemin bir neçə həll yolları tapılıb:

* elektron kitabı qoşun və «göy ekran»-ın peyda olmasından sonra kompüterin sönüb-yanmasını gözləyin
* elektron kitabı kompüterin işə salınması əsnasında sistem tam yüklənməmiş qoşun
* elektron kitabı USB 2.0-a qoşun, USB 3.0-dan istifadə etməyin

НОВОСТИ ПО ТЕМЕ

СОЦИАЛЬНЫЕ СЕТИ

12,051ФанатыМне нравится
1,022ЧитателиЧитать
3,086ЧитателиЧитать
711ПодписчикиПодписаться
- Реклама -
- Реклама -
- Реклама -