Google şirkətinin mobil mağazasında çoxdan gözlənilən yenilik artıq tətbiq olunub. Belə ki, istifadəçilər Google+ hesabı açmadan şərhlər yaza biləcəklər. Yenilik desktoplar üçün tədricən tətbiq olunacaq.
Şirkətin bu addımı Google+ servisinin digər Google məhsulları və servislərindən ayrılması strategiyasının davamı kimi qiymətləndirlib. Belə ki, ilk addım YouTube video servisində sosial şəbəkə hesabı olmadan şərhlərin yazıla bilməsi imkanı olub.